суббота, 17 октября 2015 г.

PEŞƏ SEÇİMİ NƏDİR VƏ NƏ ÜÇÜN ÖNƏMLİDİR?
 Peşə – xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliy-yətidir. Peşələr işin xidmət funksiyaları və tətbiq edilən əmək alətləri ilə xarakterizə edilirlər.
İxtisas – insanın əmək fəaliyyəti olub, müəyyən istehsal (xidmət) sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər komleksidir. İxtisas peşə daxilində formalaşır (peşə daxilində müxtəlif fəaliyyət növləridir). Peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi: fizika müəllimi, riyaziyyat müəllimi, kimya müəllimi və s. Mühəndis peşəsi: tikinti mühəndisi, maşınqayırma mühəndisi, cihazqayır-ma mühəndisi və s. ixtisaslari əhatə edir.
Respublikamızda əmək münasibətləri Azərbaycan Res-publikası Konstitusiyası, Beynəlxalq konvensiyalar, “Əmək məcəlləsi” və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Dünyada 240 minə yaxın peşə növü vardır. Peşələr 5 növə bölünür: İnsan-təbiət, İnsan-texnika, İnsan-insan, İnsan-işarələr sistemi, İnsan-bədii obraz. Bunlar əsas peşə növləridir. Ən əsası özünə uyğun peşə seçimidir.
Peşə seçimi insanın həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Peşə təkcə pul qazanmaq, dolanışıq məqsə-di ilə seçilmir, bəlkə bunlardan da əhəmiyyətlisi özünü ifadə etmək, özünü doğrultmaq üçün seçilir. Hər birimiz ilk seçimi-mizi ətrafdakı insanlara baxaraq seçirik. Kimsə hansısa peşədə qabiliyyətli olursa, uğur qazanırsa bizim də ilk ağlımıza gələn o peşəni seçmək olur. Ancaq zaman zaman qərarlarımızı dəyişdiririk.
Düzgün peşə seçimində hər kəs öz yerini və imkanlarını dəqiq bilməlidir. Aydındır ki, hamıda eyni qabiliyyət, eyni maraq, və eyni bacarıq ola bilməz. Amma hər kəsdə hər hansı bir sahəyə müəyyən meyl və maraq vardır. Bu amilləri üzə çıxartmaqda peşəyönümünün rolu böyükdür. Bununla yanaşı, gənclərə peşəyə dair məsləhətlər, əmək bazarında real vəziyyət haqqında məlumatlar vermək lazımdır. Çünki bu gün peşə və ixtisas düzgün seçilməzsə, gələcəkdə həmin peşə və ixtisas üzrə işlə təmin olunmaqda problem yaranır ki, bunun da nəticəsində işsizlik ortaya çıxır. Bu problem dünyanın bütün ölkələrində mövcuddur.
Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın maraq və meyllərinə, bacariqlarına uyğun işəgötürənlərin kadr ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcədə əhəmiyyət kəsb edir. Bu vacib işin uğurla həyata keçirilməsi üçün peşə seçiminin müvafiq qurumlar tərəfindən düzgün aparılması xüsusi dəyər kəsb edir. Ona görə də hər bir gənc ilk növbədə iş dünyasının tələblərini və sahibkarların nə istədiklə-rini, hansı keyfiyyətlərə üstünlük verdiklərini müəyyən etmə-lidir.
İxtisas seçərkən bir neçə  sualı əsas götürmək lazımdır.

– Mən nələr edə bilərəm? (Fərdin qabiliyyətinin müəy-yənləşdirilməsi)
– Məni nə maraqlandırır (Maraq sahələrinin müəyyən-ləşdirilməsi)
– Xarakterim necədir? (Fərdin xüsusiyyətlərinin müəy-yənləşdirilməsi)
– Mən nə istəyirəm? (İş dəyərlərinin müəyyənləş-dirilməsi)
Hər bir gənc seçim barədə qərar verməzdən əvvəl ixtisasın mahiyyətini dərk etməli, onu yaxşı-yaxşı təhlil etməli, bütün cəhətləri əvvəlcədən nəzərə almalıdır. Lakin təcrübə göstərir ki, ali təhsil müəssisələrinə qəbula hazırlaşanların heç də hamısı bakalavr ixtisaslarının mahiy-yəti haqqında tam və aydın təsəvvürə malik olmur və təəssüf ki, bir çox hallarda kortəbii seçim edirlər.
Düzgün, seçilən peşə insan həyatına nə kimi təsirlər edir? Bu barədə psixoloqlar bunları məsləhət görmüşdür.
1. Həyatı boyunca davamlı bir iş sahibi olub və ya ola bilməyəcəyini təyin edəcək.
2.Yaşamı boyunca müvəffəqiyyətli və ya müvəffəqiy-yətsiz bir adam olmasında əhəmiyyətli bir rol oynayacaq.
4. Həyatı boyunca yaşayacağı mühiti və ya ətrafların xüsusiyyətini və yerini təyin edəcək.
5. Ailəsinin qazancını və dolanışıq tərzini təyin edəcək. İşindən zövq alıb almayacağı bunun nəticəsində məsuliyyətli bir insan olub ola bilməyəcəyini təyin edəcək.
Gəncin peşə (ixtisas) seçimində ailənin böyük rolu var. Bəzən gənclər  seçimi valideynlərin öhdələrinə buraxırlar. Nəticədə isə bir çox problemlər meydana çıxır. Məs: Valideyn oglunu və ya qızını hüquqşünas görmək istəyir. Gənc bu ixtisasa qəbul olur, təhsilini başa vurduqdan sonra isə başa düşür ki insanlarla ünsiyyətdə olmaq, onların problemlərini həll etmək qabiliyyəti onda yoxdur.
Psixoloqlar ixtisas seçərkən ixtisasın insanın psixoloji xüsusiyyətləri ilə peşə xüsusiyyətləri arasında uyğunluq olma-sını vacib sayırlar. Məs: Korrektora diqqət, rəssama yaradıcılıq, düşüncə,  jurnalistə yazı yazmaq qabiliyyəti və s. lazımdır. Bu üzdən hər bir ixtisasa fərdi yanaşmaq lazımdır. Məs: əgər sən ünsiyyətcilsənsə sənə geniş insan kütləsi ilə ünsiyyət tələb edən işlər daha uyğundur, yox əgər sən qeyri-sabit, emosional insansansa bu cür işlər sənin üçün uyğun deyildir.
Digər tərəfdən ekspertlər düşünürlər ki, peşə (ixtisas) seçimində əmək bazarının tələbatı da nəzərə alınmalıdır.
Şəhərimizin əmək bazarına diqqət etsək görərik ki, son illər şəhərin iqtisadiyyatı sürətlə inkişaf edir və yeni yaradılmış iş yerləri qabaqcıl texnologiyalar əsasında qurulur. Müasir istehsal müəssisələrindən “Gilan-Dəri”  MMC, “Lalə-Tekstil” MMC, “ARFA” LTD MMC, “Azərtoxum” toxumçuluq müəs-sisəsi, “Karvan-K” MMC və digər müəssisələr yeni texnolo-giya əsasında qurulduğu üçün həmin müəssisələrdə informa-siya texnologiyaları üzrə peşələrə yiyələnmiş işçi qüvvəsinə tələbat vardır.

Belə olduqda sosial-iqtisadi tərəqqinin özülündə duran ixtisas sahələrinə – mühəndis texniki təhsil, informasiya texnologiyası üzrə peşələrə diqqət artırılmalıdır. Eyni zamanda şəhərimizin iqtisadiyyatının dinamikası bankların sürətlə inkişafına zəmin yaratmışdır ki, bu da maliyyə-kredit ixtisas-larına tələbatı yaratmış və artırmışdır. O cümlədən neft-kimya mühəndislərinə, kompüter mühəndislərinə, proqramçılara, ictimaiyyətlə əlaqələr, reklam və s. işlərdə işləyən mütəxəssislərə ehtiyac böyükdür.


ÖZÜNÜZÜ KƏŞF EDIN

(Özünü tanımayan insanlar öz həbsxanalarını
inşa edən məhkumlar kimidir. Con U.Qardner)
 Hər bir kəs istər şəxsi, istərsə də professional iş həyatında ən ideal olana çatmaq, özü üçün ən uyğun karyera sahəsini tapmaq və o sahədə də yüksələ biləcəyi ən yüksək mövqeyə qalxmağı hədəfləyir. Bu səbəblə insanın etmək istədiyi və ona ən uyğun peşəsini tapmağı olduqca əhəmiyyətlidir.
Hər bir fərdin həyat tərzi, xarakteri, həyata baxışı bir başqa-sından fərqli olduğu üçün adam özünü ən yaxşı ifadə edə biləcəyi, həyat boyu məşğul olmaqdan sıxılmayacağı və təbiətinə uyğun olan peşəyə yönəlməlidir. Çünki seçdiyiniz peşə həyatınız boyu sizinlə bərabərdir. Həkim olduğunuz zaman, bu yalnız xəstəxanada gördüyünüz işdən ibarət deyil. Getdiyiniz hər yerdə “həkim xanım və ya həkim bəy mənim səhhətimdən şikayətim var” kimi suallarla  peşəniz həyatınızın hər anını əhatə edəcəkdir. Və yaxud kompüterçi olduğunuz za-man getdiyiniz yerlərdə hər hansı bir hissəsi işləməyən kompyuterdən sizə şikayət-lər gələcək. Çünki insan-ların sizin bildiyiniz mövzu-da kömək tələb etmələri təbii haldır. Bu nümunələri bir az da artıra bilərik. Burada izah etmək istədiyimiz məqam seçilən peşənin həyatımızın hər nöqtəsinə təsir etməsidir. Bu üzdən də hər bir gəncin peşə (ixtisas) seçimində üzıərinə düşən vəzifələr bunlardır:
1. Gənc özünü tanımalıdır
Gənc, fiziki xüsusiyyətləri, sağlamlıq vəziyyəti güclü və zəif tərəfləri, zəka forması, xüsusi qabiliyyətləri, çatmaq istədiyi ideallar və arzu etdiyi müvəffəqiyyət növü haqqında məlumat sahibi olmalıdır.
2.Gənc seçdiyi ixtisası tanımalıdır, bütün ixtisaslar haqqında məlumatı olmasa da seçdiyi ixtisası yaxından tanımalıdır.
2. Gənc seçdiyi peşənin (ixtisasın) tarixini, təkamülünü, görüləcək işin xüsusiyyətlərini, iştapma ehti-malını və işin ölkə səviyyəsindəki etibarlılığını bilməlidir.
Gənc öz xüsusiyyətləri ilə seçdiyi peşənin (ixtisasin) xüsusiyyətləri arasındakı uyğunluğu araşdırmalıdır.
3. Gənc təsadüfi seçim etməkdən qaçmalı, seçməyi düşündüyü peşədə axtarılan xüsusiyyətlərin özündə olub-olmadığını nəzərdən keçirməlidir.
Yaxşı bu peşə hansıdır?
Onu necə təyin edə bilərik?
Hansi peşənin sizə uyğun olduğunu anlamağa aşağıdakı bir neçə sual köməkçi olacaq:
– Hansı televiziya və radio proqramları marağınızı çəkir?
– Xobbiləriniz nələrdir?
– Yoldaşlarınızla hansı mövzuda danışmağı xoşlayır-sınız?
– Ən xoşunuza gələn peşə hansıdır?
– Əgər xaricdə təhsil almaq imkanınız olsaydı hansı sahədə təhsil aalardınız?
– Əgər istifadə edə biləcəyiniz külli miqdarda pul olsay-dı, hansı sahədə özünüzü sınayardınız?
Bu sualları araşdırdıqdan sonra müəyyən bir sahəyə yönəliş görəcəksiniz. Bu suallar eyni zamanda maraq sahənizi təyin etməkdə və bu sahədə bir karyera qurmaqda sizə bələdçi olacaq. Bütün bunlar sizin duyğu və düşüncələrinizi analiz etməyinizə və doğru seçim etməyinizə kömək edəcək.

 DÜZGÜN PEŞƏ SEÇİMİ ÜÇÜN PEŞƏLƏRİ TANIYIN
Sənətin, peşənin yaxşısı, pisi olmur. Hər biri gərəklidir. Amma son vaxtlar peşə seçimində yaranmış problemlər həqiqətən də ixtisasların saf-çürük olmasına ehtiyac yaradır. Bu il alimlərin araşdırmasına görə ən gəlirli və lazımlı işlərin siyahısı açıqlanmışdır.

 1. Mühəndis proqramçı: Bu peşəyə nazirlikdən tutmuş adi ofisə kimi hər yerdə tələbat var. Xaricdə, xüsusən də kompüter oyunlarını təmin edən proqramçılar külli miqdarda gəlir əldə edib, hətta milyonçuya çevrilə bilirlər. Təsadüfi deyil ki, dünyanın ən varlı insanı və iş adamı Bill Qeyts məhz kompyuter proqramçısıdır. Bu peşənin sahibi olmaq üçün riyaziyyat və kibernetikanı əla bilmək, güclü düşüncə tərzinə malik olmaq, yaxşı görmə qabiliyyəti və gecələr yuxusuz həyata hazır olmaq tələb olunur.
 2. Maliyyə ixtisasları: Amerka və Avropa Universitetlərinin hər birində bu ixtisas üzrə fakültələr var və ən çox tələbə qəbulu məhz bu fakültələrin payına düşür. Azərbaycanda da gənclər ara-sında aparılan sorğuda da “kim olacaqsan?” sualında respondetlərin 60%-i “maliyyə məsləhətçisi” cavabı verir.Çox yüksək maaşlı, daim ehtiyac olan yaxşı sənətdir. Mənfi tərəfləri isə bitmək bilməyən stress, bir də iş qrafikidir.
 3. Həkim və Müəllim: Dünya durduqca həkimə, tibb işçisinə həmişə ehtiyac olacaq. Avropa ölkələrində cərrahların ilkin qazancı bu sənətdən çıxır. Bu sənət çox peşə sahiblərini geridə qoyur. Elm həmişə insana lazım olur. Çünki elmsiz insanın indiki dövrdə yaşaması çox çətin olur. Adını çəkdiyimiz sənətlərdə və bütün peşələrdə də işləmək üçün elm tələb olunur. Elmlənmək üçün də müəllimə ehtiyac var. Mənfi tərəfləri bu peşə sahibləri həqiqətən də yorğunluğa düçar olur və onların sinir sisemləri çox dəyişikliyə məruz qalır.
 4. Satış liderləri və ya satış üzrə baş menecer:  Biznesdə əsas məsələ malı istehsal etmək yox, onu satmaq olduğundan Azərbaycandakı istənilən şirkətin rəhbərliyi yaxşı, bacarıqlı və dinamik satış rəhbərləri axtarırlar. Şirkətlər üçün əsas satış bazarını saxlamaqla yanaşı, böyütmək və satışları artırmaq bacarığına malik insanlar gərəkdir. Belə şəxs danışıq-ları ustacasına aparmalı, işin öhdəsindən gəlməlidir. "Siya-sətçi", "Vasitəçi" və "Şövqlü" tipli xasiyyət tipajına aid insanlar bu işin öhdəsindən gələ bilərlər. Azərbaycanda orta və iri şirkətlərdə satış üzrə baş menecerlərin aylıq maaşlarının orta məbləği 1000 manatdan başlayır.
 5. İcraçı direktor. Bu vəzifəni uğurla yerinə yetirəcək insana istənilən şirkətdə ehtiyac var. Bəhs etdiyimiz postda çalışıb işin öhdəsindən məhsuldarcasına gələ biləcək insan inzibatçılıq, müfəttişlik xüsusiyyətlərinə malik olmalıdır. Eyni zamanda, insanları idarə etmək bacarığı və enerjili iş qabiliy-yəti də öz yerində olmalıdır. Rekrutinq şirkətlərinin təkliflə-rinə, bir də işədüzəltmə saytlarındakı vakansiyalara nəzər saldıqda, icraçı direktor vəzifəsində normal fəaliyyət göstərə biləcək insan ayda minimum 800 manata bel bağlaya bilər.
 6. İnkişaf üzrə direktor. Bu vakansiyada yaşın əsla əhəmiyyəti yoxdur, çünki bəzən 60 yaşlı insanlar da enerjili, soyuqqanlı, ağıllı və gələcəyə baxmağı bacaran olurlar. İnkişaf üzrə direktorun əsas vəzifəsi "pullu sahə"ləri müəyyən-ləşdirmək, şirkətin bundan sonra fəaliyyət göstərəcəyi istiqa-mətləri seçmək, təklif və layihələrlə çıxış etmək, başqaları ilə müqayisədə bir addım qabağı görmək bacarığıdır. Azərbay-candakı iri şirkətlərdə inkişaf üzrə direktorların orta aylıq maaşının məbləği 1500 manatdan başlayır.
 7. Maliyyə analitiki. Təbii ki, pul saymağı hamı bacarır. Amma maliyyənin normal iqtisadi təhlilini aparmaq az sayda insanların işidir. Bu vəzifədəki insanlara güclü hissiyyat və qüsursuz məntiq gərəkdir. Bakıdakı şirkət sahiblərinin və rəhbərlərinin dediklərinə görə, onların əksəriyyətində maliyyə analitiki vəzifəsində çalışanlar sabiq kompüter mütəxəssis-ləridir. Belə insanlar maliyyə sahəsinə keçən kimi, gerçək istedadları üzə çıxır. Yerli şirkətlərdə maliyyə analitiki ayda ən azı 900 manatlıq maaşa güvənə bilər.
 8. Baş mühasib. Şirkətlərin istisnasız olaraq hamısının maliyyə hesabatlarını qüsursuz aparıb hazırlayan, habelə qurumun xərclərinin azaldılmasına nail olan insana ehtiyacları var. Hər zaman nəyəsə məntiqi şəkildə qənaət etməyi bacaran mühasibin isə az qala başına and içirlər. Özəl qurumlarda bacarıqlı baş mühasibin maaşı ayda 750-860 manatdan başlayır.
 9. Personalla iş (HR) üzrə menecer.  Bu vakansiyada çalışmaq istəyənlər Azərbaycan, rus və ingtilis dillərini; Əmək Məcəlləsi və əməyin mühafizəsi qaydalarını bilməli; böyük həcmdə sənədlərlə işləməyi, komandada çalışmağı, rəhbərlik etməyi, müstəqil qərarlar qəbul etməyi bacarmalıdır. Sözügedən vakansiyaya iddialı adam Əmək Məcəl-ləsi, kadr işini əla bilməli; şirkət üzrə qaydalar, prose-durlar və təlimatları savadlı şəkildə hazırlamalı, dövlət strukturlarına hesabatları tərtib etməli, vakansiyalarla iş və işə qəbul söhbətləşmələrini aparmalı, işçilərin fəaliyyətinə nəzarət etməli, ən başlıcası isə şirkət əməkdaşlarının motivasiyası, adaptasiyası və karyeralarının planlaşdırılması ilə məşğul olmalıdır. Personalla iş üzrə menecerin aylıq maaşının orta statistik məbləği 700-1000 manatdır.
 10. Marketoloq. Normal fəaliyyət göstərən firma və şirkətlərdə önəmli səlahiyyətlərə malik insandır. Mal və ya məhsulun bazarda sabah necə olacağı, hansısa sahəyə pul yatırmaq və ya əksinə, investisiyaları geri çəkmək məhz marketinqdir. Sadəcə, diplomla burada heç nə həll olunmur. Yaxşı marketoloq-luq üçün novator, tənqidçi, bazardakı prosesləri əvvəlcə-dən qismən də olsa, proq-nozlaşdırmağı bacaran insan olmaq gərəkdir. Marketoloqun aylıq maaşı ən azı 700 manatdır.
 11. Layihə meneceri. Bu vəzifədə çalışan adam sadəcə, işi necə görməyi nəzəri cəhətdən bilən diplomlu adam yox, nəzəriyyəni praktikada reallaşdıra bilən şəxsdir. İstənilən yeni layihə və iş çoxsaylı problemlərlə müşayiət olunur. Ona görə də bol problemləri həll etməklə yanaşı, başqa təşkilatlarla da əlaqələr quraraq möhkəmlətməyi və ən başlıcası, komanda idarəetməsini unutmayan adama tələbat böyükdür. Yaxşı layihə menecerini şirkətlər "əldə çıraq"la axtarırlar və ayda ən azı 1000 manat ödəməyə hazırdırlar.
 12. Köməkçi-assistent və ya layihə (proqram) direktorunun müşaviri: Vəzifənin adı bir qədər nahamvar səslənsə də, bu vakansiyanın potensial iddialıları ali təhsilli olmalı, ingilis və rus dillərini əla bilməli, habelə ofis proqram-larında çalışmağı bacarmaqla yanaşı, təşkilatlar və strukturlarla sürətlə əlaqələr qurmalıdır. Kütləvi informasiya vasitələri ilə təmaslar da təbii, yüksək səviyyədə olmalıdır. Assistent (müşavir) ayda minimum 750 manata bel bağlaya bilər.
 13. Və ən nəhayət, qrafik dizayner. Paradoksal olsa da, faktdır: Azərbaycanda ən çox işlədiklərini deyən, amma az qala "azad iş qrafiki"nə malik olan şəxslər qrafik dizaynerlərdir. Şirkətlərdə bu ixtisas və bacarıq sahiblərinə tələbat böyükdür. Ölkənin biznes strukturları və istehsal sahələri inkişaf etdikcə, mal və məhsulların qrafiki müşayiəti də xüsusi önəm kəsb edir. Bu şəxslər ayda 700 manatı "start" maaşı sayırlar.
Yaxşı maaş, nüfuzlu iş yeri və ya sürətli karyera inkişafına nail olmaq üçün əlverişli peşələri seçmək asan deyil. Respublikamızda iş və ixtisasın müəyyənləşməsi, sonra da həmin müəyyənləşmiş seçimlə "hədəf" aranması prosesi kökündən dəyişib. İndi təyinatla iş yerinin təmin edildiyi sahələr həddən azdır. Yox əgər aranızda ucqar kəndlərdə pedaqoq və ya dənizdə xilasedici çalışmaq, yaxud da gecə növbəsində yol tikintisində işləmək istəyənlər varsa - problem hiss etməyəcəklər. Bu peşələrdə işləmək istəyənlərə həmişə ehtiyac olub, var və çox yəqin ki, bundan sonra da olacaq.

UNİVERSİTETLƏRİ  SEÇƏRKƏN  NƏLƏRƏ DİQQƏT  YETİRMƏK VACİBDİR
Hər sahədə sürətli bir inkişafın baş verdiyi bir vaxtda ölkələr öz rifah səviyyələrini yüksəltmək istəyirlər və bu çərçivədə təhsil, səhiyyə və iqtisadiyyat sahələrinin birinci yerdə olmasına  xüsusi diqqət verirlər. Təbii ki, bu sahələrin də inkişaf etməsinin əsasını digər faktorlardan daha çox əhəmiyyətli olan texnologiyanı yaxşı bilən, müasir dövrün tələblərinə cavab verən və yüksək səviyyədə təhsil almış kadrlar təşkil edir.
Belə kadların hazırlanması isə əlbəttə, universitetlərin əsas vəzifəsidir. Universitetlər sadəcə kadrların hazırlanması ilə deyil, eyni zamanda elmi tədqiqatların aparılmasında da əsas baza rolunu oynayırlar. Bu isə heç şübhəsiz firmalara, sənaye müəssisələrinə, təşkilatlara, dövlət orqanlarına və qısaca iş dünyasına lazım olan faydalı amillərdir və eyni zamanda iş dünyasının buna ciddi ehtiyacı var. Elmi tədqiqatların nəticələri, bu tədqiqatları aparan elm adamları və ixtisaslı kadr hazırlığı dövlət və özəl təşkilatların hədəflərinə çatmalarında çox əhəmiyyət kəsb edir. İş dünyasının tələblərini, təcrübi həyatın şərtlərini, təcrübi problemləri və iş dünyasının mühitini öyrənmək və bu istiqamətdə fəaliyyət prinsipini seçmək də universitetlər üçün də vacib amildir. Bütün bu faktorlar universitet və iş dünyası arasındakı əməkdaşlığın vacibliyini göstərir. Bu əməkdaşlığın mənası; universitetlərdəki mövcud məlumat yığımı və kamilləşmiş insan gücü ilə iş dünyasının mövcud təcrübəsi və maddi gücünün bir sistem daxilində birləşdirilməsi nəticəsində ortaya çıxan elmi, texniki, iqtisadi və idari fəaliyyətlərdir. Bir yandan keyfiyyətli təlim-tərbiyə fəaliyyəti ilə iş dünyasının ehtiyac duyduğu ixtisaslı iş gücünü yetişdirməyi, digər yandan da iş dünyasına istiqamətləndirilmiş seminar, işgüzar məsləhət, layihə v.b. fəaliyyətlərlə iş dünyasının ehtiyac duyduğu sahələrdə akademik təcrübə bazasını paylaşmağı hədəf alan universitetlərə böyük ehtiyac vardır.
Elə bu üzdən də ixtisas seçimindən sonra, ikinci önəmli məsələ gəncin hansı ali məktəbə qəbul olacağını düzgün müəyyən etməsidir. Bu məsələ də ixtisas seçimi qədər önəmlidir. Bildiyimiz kimi hər müəssisənin bir məhsulu olur. Həmin məhsulların keyfiyyəti isə ona olan tələb ilə ölçülür. Təbii ki, alıcılar daha keyfiyyətli məhsullar almağa üstünlük verirlər. Əslində isə ali məktəb də bir müəssisədir. Onların məhsulları isə məzunlardır. Müəssisə və şirkətlər işçi seçərkən daha yaxşı təhsil verən, tələbələrinə seçdikləri ixtisası daha dərindən öyrədən universitetlərə üstünlük verirlər. 
Hazırda ölkəmizdə özəl müəssisələr də daxil olmaqla, 50-dən çox ali məktəb fəaliyyət göstərir. Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək. Bütün bunlarla yanaşı, abituriyentin mövcud müsabiqə vəziyyətinin reallıqlarını - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin topladıqları balların paylanması üzrə saylarını, öz fərdi imtahan göstəricilərinin bu sıralanmadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə alaraq seçim etməsi onun uğurlu nəticə əldə etməsinə müsbət təsir edəcək. 
Gənc ali təhsil alacağı təhsil ocağını seçməzdən əvvəl valideynləri, dostları, tanışları ilə məsləhətləşməli, maraq göstərdiyi ixtisasların hansı təhsil müəssisələrində olması, həmin təhsil müəssisələrində təhsilin səviyyəsi, biliyin qiymətləndirilməsi meyarları, ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmaq imkanları, əldə edəcəyi diplomun ölkə daxilində və xaricdə dəyərləndirilməsi ilə maraqlanmalıdır.

понедельник, 24 февраля 2014 г.

Özünüqiymətləndirmə

1.Mən istəyirəm ki,dostlarım məni ruhlandırsınlar
2.Həmişə içlərimdə öz məsluliyyətimi hiss edirəm.
3.Mən öz gələcəyim üçün narahatam.
4.Çoxlarının məni görməyə gözü yoxdur.
5.Mən başqalarına nisbətən daha az təşəbbüskaram.
6.Mən öz psixi vəziyyətim üçün narahatam.
7.Mən axmaq vəziyyətdə qalmaqdan qorxuram.
8.Başqalarının xarici görkəmi mənimkindən yaxşıdır.
9.Mən tanış olmadığım adamların yanında,qarşısında nitq söyləməyə qorxuram.
10.Mən tez-tez səhvlər edirəm.
11.Təəssüf ki,mən adamlarla necə lazımdırsa elə danışa bilmirəm.
12.Təəssüf ki,mənim özümə inamim azdır.
13.Mən istəyirəm ki.mənim işim başqaları tez-tez rəğbətləndirsinlər.
14.Mən çox təvazökaram.
15.Mənim həyatım faydasızdır.
16.Çoxları mənim haqqımda səhv düşünürlər.
17.Mən fikirlərimi heç kəslə bölüşdürə bilmirəm.
18.Adamlar məndən çox şey gözləmirlər.
19.Adamlar mənim nailiyyətlərimlə çox da maraqlanmırlar.
20.Mən azacıq utancağam.
21.Mən hiss edirəm ki,çxları məni başa düşmürlər.
22.Mən özümü təhlükəsiz hiss etmirəm.
23.Mən tez-tez lazım olmadan həyəcanlanıram.
24.Mən,hamı artıq stol arxasında əyləşmiş otağa daxil olanda özümü pis hiss edirəm.
25.Mən özümü sərbəst,azad hiss etmirəm.
26.Mənim arxamca söz danışılarkən,mən hiss edirəm.
27.Mən əminəm ki,adamlar,hər şeyi məndən daha asan,yüngül qəbul edirlər.
28.Mənə elə gəlir ki,məni nə isə pis bir hadisə gözləyir.
29.Adamların mənə münasibəti,məni fikrən həmişə narahat edir.
30.Təəssüf ki,mən lazımı kimi ünsiyyətli deyiləm.
31.Mən,yalnız haqlı olduğunu biləndə mübahisələrə girişirəm.
32.Mən cəmiyyətin məndən nə gözləməsi haqda fikirləşirəm

Balların hesablanması
Çox tez-tez -4 bal
Tez-tez -3bal
Arada -2bal
Nadir hallarda -1bal
Heç vaxt -0 bal

0-25bal:Özünü yüksək qiymətləndirmədən xəbər verir.Hansı ki,bu vaxt insan,başqalarında tutulan iradlara düzgün yanaşır,amma öz işinə və hərəkətlərinə nadir hallarda şübhə ilə yanaşır.Bu halda insan öz "qeyri-kamillik kompleksinin"yükünü daşımır.
26-46bal:Bu özünüqiymətləndirmənin orta vəziyyətidir.Bu vaxt insan öz "qeyri-kamil kompleksi"üçün əziyyət çəkmir,tədricən başqalarının fikirləri ilə razılaşır.
46-128bal:Özünüqiymətləndirmənin aşağı səviyyəsidir.Belə ki,bu halda insan tənqidi qeydləri çox ağrılı qəbul edib çətin keçirir.Başqalarının fikirləri ilə razılaşmağa çalışır.Həmişə öz "qeyri-kamil kompleksindən"əziyyət çəkir.

Yeniyetməlik dovrü


Yeniyetməlik dövründəki gənclərdə təhsilində alınacaq tədbirlər:
1. Yetkinlik çağında olan uşaq yada gənc, öz şəxsiyyət xüsusiyyətlərinə qarşı çox həssasdır. Bu səbəblə , bunlara qarşı incidici tənqid , lağ , qorxutma , başqaları yanında kiçik salma, əleyhinə müqayisə və təhqir kimi davranışlarda tapılmaq heç bir zaman doğru deyil.
2. Yetkinlik çağındakı kəslər üçün, çox qayda yerinə , az qayda ortaya qoyulmalı və edilən yanılmaları da çox büyütməməlidir . Ən kiçik bir mənfi davranışı sanki böyük bir cinayət işləmiş kimi qarşılamaqdan çəkinməlidir .
3. Tərbiyəçilər gənc ilə olan əlaqələrində , nə həddindən artıq bir səmimilik , nə də həddindən artıq bir rəsmiyyət etməlidir. Bu dövrdəki adamın, yalnız anlayışa ehtiyacı vardır .
4. Dərsdən xarici fəaliyyətlərə əhəmiyyət verməlidir. Dərsdən xarici tədbirlər, uşağın boş zamanını ən faydalı bir şəkildə doldurmasına və ruhi sağlamlığının da düzəlməsinə imkan verəcəkdir.
5. Bu dövrdəki gənclər, öz hüquqlarına qarşı çox həssasdırlar . Bunun üçün, dərslərdə verilən qeydlərdə və yarışlarda haqq-ədalət qanunundan ayrılmamalıdır
6. Bu yaşdakı gənclər" öz, qürur" duyğularına qarşı çox həssasdırlar . Bunun üçün , onları boş yerə günahlandırmaqdan diqqətli olunmalıdır.
7. Bu dövrdə xüsusilə ,"Özünüqiymətləndirmə duyğusu" zəif olan uşaqların müəyyən sahələrdə müvəffəqiyyət göstərmələrini təmin etmək üzrə, onları, maraq duyduqları və müvəffəqiyyətli olduqları sahələrə təşviq etməlidir.
8. Məktəbdəki imtahanlarda , imtahan nəticələrinə gərəyindən çox əhəmiyyət verilməməlidir. Xüsusilə uşaq yada gəncdə imtahan qorxusu inkişaf etdirilməməlidir .
Ana-atanın diqqət yetirməsi lazım olan başlıca nöqtələr :
1. Əvvəlcə uşaqlarını tanımalı, onları maraq və qabiliyyətləri istiqamətində istiqamətləndirməlidir. Ana atalar, öz ehtiras və arzularına görə qiymətləndirmə etməməlidirlər .
2. Uşaqlarındakı güvən duyğusunu gücləndirmək üzrə mühit hazırlamalı, qabiliyyət və tutumunu aşmamalıdır.
3. Ən əhəmiyyətli qidanın sevgi və mehribanlıq olduğunu unutmamalı, ancaq həddindən artığa qaçmamalıdırlar .
4. Yaşayaraq öyrənməyə ağırlıq verilməlidir.
5. Ana və atalar inkişafın normal üzlərini , çətin dövrlərini bilməli, davranışlarını ona görə tənzimləməlidir.
6. Hər uşağın özünə xas xüsusiyyətlərlə bəzənmiş , ayrı bir fərd olduğunu düşünərək , digər uşaqlarla və bacı və qardaşlarıyla müqayisə etməməlidirlər.
7. Ailə və cəmiyyət etibarlı olan bəzi qaydalara uyğun gəlmə zəruriliyi uşağa xatırlatmalı , uyğun gəlmədiyi təqdirdə davranışları müəyyən üsullarla cəzalandırılmalıdır. Şəxsiyyətinə deyil davranışına istiqamətli olmalıdır. 8. Ana və atalar xüsusilə intizam mövzusunda görüş birliyində olmağa, uşağın yanında dalaşmamaya çalışmalıdırlar.
10. Uşağınıza həmişə uşaq kimi davransanız o da həmişə uşaq kimi qalar. Böyümənin və inkişafın həzzini ailəvi paylaşmağa çalışın.

Uşağınızı tanıyın...


Uşağınızı Tanıyın və onu maraq və qabiliyyətinə görə istiqamətləndirin
Uşağınızı tanıyın və onu maraq və qabiliyyətlərinə görə istiqamətləndirin
Əgər ata və analar uşaqlarını lazımı qədər tanımırlarsa, onu öyrədə biləcək bilik və təcrübələrə malik deyillərsə Uşaq təlimində nə qədər bacarıqlı ola bilərlər?!
Uşaqlarınızın nələrlə maraqlandığını, gözləntilərinin nələr olduğunu, nələrdən xoşlandığını, nələri sevdiyini və sevmədiyini, nələri zövqlə etdiyini ya da nələrdən xoşlanmadığını təyin etməlisiniz. Bu səy onu daha yaxşı tanımağınıza kömək edəcək, onunla münasibətlərinizi yaxşılaşdıracaq.
Ayrıca olaraq uşağnızın ümumi və xüsusi bacarıqlarının olub olmadığını, hansı sahələrdə qabiliyyətləri olduğunu bilmək məvburiyyətinizdəsiniz.
Bir insanın bütün sahələrdə mükəmməl olmasını düşünmək və uşaqlarınızın da belə olmasını istəməyiniz yanlışdır. Aparılan araşdırmalar bunun mümkünsüzlüyünü sübut edir. Hər kəs eyni şeyi eyni dərəcədə öyrənməməkdə və bacarmamaqdadır. Eyni zamanda uçağınız keçdiyi hər bir dərsin öyrənilməsində eyni bir qabiliyyətə malik ola bilməz. Hər bir dərsdən eyni başarını gözləmək, uşağı qabiliyyətinin olmadığı bir sahədə zorlamaq və onu boş-boşuna stress içinə atmaq deməkdir. Bu vəziyyətdəki bir uşağın xoşbəxt və dinc olması mümkün deyildir. Qabiliyyətləri kifayət qədər, işlənən hər insan xoşbəxt olur. Xoşbəxt olan hər insan da uğurlu bir yol tutur. Lakin uğurlu olan hər insan xoşbəxt deyildir. Uşaqlarınızın hər şeydən daha vacib olmalıdır. Uşaqlarınızın hər biri fərqli xüsusiyyətlərə malik olduqlarından biz də məhz bu xüsusiyyətlərin məhz fərqli özəlliklərini görməyə çalışmalıyıq.

Tərbiyədə sözlərin rolu

Övlad Tərbiyəsində Sözlərin rolu...
Bir uşağın dünyaya gəldiyi andan etibarən daxili aləmi ilə əlaqə qurması sözlərin üzərinə düşür.Araşdırmalara görə ana bətnində olarkən uşaq danışılanları eşitdiyini və onu üçün vacib olub –olmadığını duya bilir.Hələki cismani olmayaraq kimsəni görməyən uşaq ana bətnində eşitdiyi səs nəticəsində anasını digər insanlardan fərqləndirə bilir.Bu baxımdan əgər uşağla ana arasında bətndaxili inkişaf zamanı düzgün ünsiyyət olmazsa və yaxud ana bu ünsiyyətdən qaçarsa həmin halda dünyaya gələcək övladda sevgi,mehribanlıq əvəzinə daha çox nifrət ,qəzəb və aqressiya əmələ gələcəkdir.Hər şeyin inkişaf və yetkinlik tərəfindən aparıldığını nəzərə alsaq öz dünyalarında onlarında seçim etmə haqqı vardır.Artıq Övlad dünyaya gəldikdən sonra onu atma,o zərərlidir,ona toxunmaq olmaz və.s. kimi sozlər çox deyilmiş olduğu halda artıq o sözlər əhəmiyyətini itirir.Əgər bir ana uşağın hər davranışında aman ,diqqət et,olmaz sözlərini işlədirsə bu uşaqda o sözlərə qarşı diqqətsizlik yaranır.Bir uşaq balkonun dəmirlərinə doğru hərəkət edirsə əlbəttə ana onun yanına həmən getməli və yaxud başa salmalıdır.Əgər uşaq çox yaxşı formada gəzirsə bu zaman ana daha çox diqqət et,özünə bax və.s.sözlərini işlədirsə bu vaxtda uşağın diqqəti anada olacaqdır.Bir Uşağın yaşı nə olursa olsun daxili tələbatları ətrafdakılardan yalnız Sevgi almaqdır.O zamanda Uşaqlarınıza səhvlərini deyərkən onu çox istədiyinizi sevginizi də deyin.Övladınızla hər zaman ortaq məxrəcə gəlmə istəyinizi bildirin.Unutmayın,hər zaman etdiyiniz hərəkətlərlə sözləriniz arasında əməl birliyiniz olsun .

Aile psixologiyasi→ Aildə azadliq


Ailde 5 esas azadliq

Günümüz mədəniyyət anlayışının çatdığı nöqtədə fərdlərin əsas hüquq və azadlıqları vardır.Bunlardan bəziləri,məsələn yaşama haqqı,fərdin özünün belə yox deyə bilməyəcəyi hüquqlardandır.Bu hüquq və azadlıqların zarafatı,cəmiyyətdə ən kiçik vahid olaraq qəbul edilən fərdin,insanlıq şərəfini qorumasıdır.
Bu nöqtədən hərəkətlə,fərdin başqa bir cəmiyyət vahidi olan ailə içində,bənzər şəkildə bir sıra azadlıqlara sahib olmasının lazımlığını söyləyə bilərik ki,ailə içində də fərdlər insanlıq şərəfini daşısınlar və insanlığın mənasını alçaltmasınlar.Bir ailədə qorunması lazım olan beş başlıca azadlığa gəldikdə bunları bu şəkildə sıralaya bilərik:

1.İndi və burada olanı eşitmə və görmə azadlığı
2.Öz düşündüyünü olduğu kimi ifadə edə bilmə azadlığı
3.Öz duyğularını olduğu kimi ifadə edə bilmə azadlığı
4.Öz arzularına görə bir şeyi istəmə ya da rəddetmə azadlığı
5.Olmaq istədiyi yöndə inkişaf edərək özü özünü təsdiqləmə azadlığı

Ailədə stress faktorları
Psixososial stress faktorları,uşaqlar da daxil olmaqla yaşayan hər canlıya təsir edir.Onsuzda stress faktorunun bir insana təsir etməməsi vəziyyətində söz mövzusu insanın,normal bir psixoloji yaradıcılığının olduğundan bəhs etmək çətin olar.Bu faktor hər fərddə az və ya çox dəyişik formalarda müşahidə olunur.Uşağın yetişməsində və həyata addım atmasında birinci,ən önəmli və yox deyilməyəcək pillə olan ailə ortamı da uşaqların psixososial inkişafına birbaşa təsir edər.Ailəyə təsir edən hər cür hadisənin uşaqda böyük və ya kiçik bir təsirini görmək mümkündür.Ailə mühitini,yaşayan bir orqanizm olaraq qəbul edə bilərik.Necə ki,insanın bir orqanı xəstə olduğunda bütün vücudu təsirlənər və funksiyasını itirərsə,eyni şəkildə üzvlərindən birindəki fiziki və ruhi problem ya da ona təsir edən stress faktoru da ailənin və ailə üzvlərinin işləməsinə,psixologiyasına və quruluşuna təsir edəcək.Bu təsirlənmənin sonunda ailə ilə birlikdə ailə içindəki hər fərddə yaxın və ya uzaq gələcəkdə bəzi təsirlənmə əlamətlərinin görülməsi qaçılmazdı.
Bunu qeyd etmək lazımdır ki,ailəni yaradan əsas ünsürlər olan ana və atanın uşaqlıq vaxtlarındakı vəziyyətləri,həyatları boyunca qarşılaşdıqları hadisələr,bu anki insanlıq strukturları,təhsil vəziyyətləri,ətrafın şərtlərindən təsirlənmələri,ictimai statusları kimi bir çox mövzu ailənin bugününə və gələcəyinə hər mövzuda təsir edəcəkdir.Yəni bir ana yada atanın balaca ikən başına gələn bir hadisə və ya öz ana-atasından davamlı olaraq gördüyü davranış tərzi,onun stress faktoruna verəcəyi reaksiyaya təsir edəcəyi kimi eyni zamanda uşağına tətbiq etdiyi təhsilə və ya göstərdiyi reaksiyalara da təsir edər.Bununla birlikdə bir ailənin bu anki vəziyyətini və stress faktoruna verdiyi cavabı tam olaraq dəyərləndirmək üçün onun keçmişindəki faktorları nəzərə almaq yerinə düşər.Sadə bir misal göstərək:Uşaq ikən qarşılaşdığı bir ölüm hadisəsində ana-atasının göstərdiyi reasksiya insanın bu an eyni hadisə qarşısındakı göstərəcəyi reaksiyanı böyük nisbətdə təyin edər.O insanın göstərəcəyi reaksiya da öz uşaqlarına təsir edəcəkdir.Bu misalları sonsuza qədər artıra bilərik.Ata-anaların həyatları boyunca qarşılaşdıqları hər hadisə,onların bu andakı vəziyyətə gəlmələrinə və şəxsiyyətlərinin formalaşmasına müsbət və ya mənfi təsir edər.Yenə bu anda uşaq olan hər fərdin ailə içində yaşadığı hər hadisə,özünə yaxşı yə ya pis yöndə təsir edəcək və yetgin bir fərd olduğu zaman da onun şəxsiyyətinə təsir edəcəkdir.
Nəticə olaraq stress faktorlarının,stresə ana-atanın verdiyi cavabın,stress faktorunun vaxtının,dəstək faktorlarının və stress nəticəsində ailənin aldığı mövqenin uşağın inkişafında qəti bir təsiri vardır.Bu uşaq,istərsə hələ ana bətnində olsun və ya 6 aylıq körpə olsun;heç fərqlənməz.
Stress faktorlarının qısa və uzun vədədə özünə bir çox təsiri olacaqdır.
Ana-ataya düşən vəzifə bu təsirin mənfilərini ən aza endirmək,hətta bu stress mühitində belə uşaq adına qazanmalar təmin etməkdir.
Indi də danışdığımız stress faktorlarını sıralayaq.Təbii ki,bu faktorların hər hansı bir ailə üzvünə və ya bütün ailəyə təsirini də gözdən qaçırmayaq:
-bir yaxının,ya da dostun ölümü
-köçmək
-ayrılıq
-boşanma
-köç
-iqtisadi çətinliklər
-fiziki xəstəliklər
-təbii fəlakətlər
-sosial-mədəni problemlər
-cinsi və ya fiziki istismar
-valideynlərin maddədən asılılığı
-uşağa lazımı qayğının və sevginin verilməməsi
-uşağın sağlığının qorunmaması
-uşaqda kı, zəka problemlərinə paralel olmayan həddindən artıq gözlənilən ailə istəkləri
-işsizlik
-yeni bir iş
-valideynlərin iş yerində dahada yüksəlməsi
-yeni bir körpənin olması
-cəmiyyətə təsir edən stress faktorları
-günaha batma və ya məhkum olma
-ikinci evlilik
-ana-atanın uşağı hədsiz qoruması
-uşağı hədsiz yoxlamaq
-oxuyub-yazan olmaması
-məktəbdəki şiddət
-məktəb problemləri
-təhsil sistemi ilə bağlı problemlər sayıla bilər.

Ailəyə təsir edən stress faktorları nəticəsində ana-atanın təsirlənməsi və bəzi psixoloji problemlərin formalaşması adidir.Əslində hər bir stress faktoruna qarşı fərqli bəzi əlamətlərin formalaşmasına baxmayaraq,ümumi olaraq ana-atada formalaşa biləcək əlamətləri də bu şəkildə sıralaya bilərik:
-ana-atada depressiya
-həyata qarşı istəksizlik
-şəxsiyyət baxımından aşağı enməsi
-iş motivasiyasının aşağı enməsi
-ailə qayğısının azalması
-yuxu və iştah dəyişiklikləri
-konsentrasiyanın enməsi
-tez hirslənmə
-dözümsüzlük
-uşaqların sevgi və duyğusal ehtiyacının ödənilməməsi
-yalnızlıq
-sosial mühitindəki uyğunsuzluqlar
-halsızlıq
-yorğunluq
-maddə asılılığına əyilmək
-ailəyə ayrılan vaxtın azalması

Ana-atada kı bu dəyişikliklərin şübhəsiz ailə quruluşuna,o ailədə yaşayan fərdlərə və əlbətdə ki uşaqlara çox önəmli təsiri olacaqdır.Uşaqlarda görülən əlamətləri də bu formada sıralaya bilərik:
-dərslərdən geri qalmaq
-dostluq münasibətlərinin pozulması
-sosial fəaliyyətlərə qarşı marağın olmaması
-özünə güvənin azalması
-dözümsüzlük
-tez əsəbləşmə
-çox tez yatmaq və ya yuxusuzluq
-iştahda artma və ya azalma
-hadisələri mənfi dəyərləndirmək
-təkliyə əyilmək
-qarşı gəlmək
-risqli davranışlar
-maddə asılılığına əyilmək
-hər şeydən sıxılmaq
-sevdiklərinin başına bir şey gələcək deyə qorxmaq
-içinə qapanma və səssiz qalmağı seçmək
-məktəbə getmək istəməmək
-danışmaq istəməmək
-səsə və hadisələrə qarşı hədsiz xəbərdarlıq
-hirsi çıxarmaq
-hədsiz hərəkətlilik

Uşaqlarda formalaşa biləcək psixiatrik vəziyyətləri isə bu şəkildə sıralaya bilərik:
-çöküntü
-travmadan sonra stress pozğunluğu
-altını islatmaq və kirlətmək
-kəkələmə
-danışmanın pozulması
-davranış dəyişiklikləri
-qayğının pozulması
-yuxu pozuntuları

Uşaqların ruhi sağlamlığını qorumaq üçün edilməsi lazım olanlar:
1.Uşaqlari mümkün olduqca stress faktorundan qorumağa
çalışmaq.

2.Ana və ata, bu vəziyyətdən təsirləndikdə vaxt itirmədən psixiatra
müraciət etmək.

3.Uşağa qarşı sevgi və dəstəyi artırmaq

4.Məktəb və müəllim ilə əlaqə yaradaraq uşağa qarşı qayğı və
dəstəyi artırmaq

5.Bu vaxt baş verə biləcək maddədən asılılıq kimi riskli daranışlara
qarşı uşağın davranışlarını izləmək.

6.Ana-ata,mümkün olduqca uşaqla yaxınlıq quraraq uşağın özünü
və duyğularını ifadə etməsinə zəmin yaratmaq.

7.Uşaqda bəzi davranış dəyiıiklikləri və yuxarıda sayılan əlamətlər
görülürsə vaxt keçirmədən lazımlı psixoloji dəstək almaq.

8.Uşaq sosial fəaliyyətlər yönündən mümkün
olduqcadəstəklənməlidi.

9.İstirahət etməyə və stress mühitinin təsirini azaldan fəaliyyətlərə
bütün ailənin qatılması təmin edilməlidir.

10.Uşaq motivasiyasını və əhval-ruhiyyəsini artıracaq insanlarla
tez-tez görüşməlidir.

11.Uzun müddətdə stresin təsirləri baxımından ayı olmaq.

12.Uşağa göstərilən xoş niyyətin sərhədlərini bu müddətdə artırmaq.

13.Uşağın hadisələr qarşısındakı duyğulu ifadələrinə dəyər vermək
və uşaq bəzi mövzularda doğruların çərçivəsində rahat
olmalıdır.

14.Həm ana həm də ata uşağa ayırdıqları vaxtı və verdikləri
dəstəyi artırmalıdır.

15.Öncədən təhmin edilə bilən stress faktorları üçün bəzi tədbirləri
alaraq uşaq mənfi hadisələrə ən başdan hazırlanmalıdır.

Psixoloji testler → temperament testi


Ayzenqin temperament testi
Təlimat: Sizə bir neçə sual təqdim olunur. hər bir suala hə və ya yox kimi cavablar verin. Vaxtınızı sualların müzakirəsinə sərf etməyin. Burada yaxşı və ya pis javab ola bilməz. Belə ki bu əqli qabiliyyətin sınaqdan keçirilməsi demək deyildir.
Suallar.
1. Sizin yeni təssüratlara meyliniz varmı və siz fikrinizi yayındırmaq üçün güjlü təsirlərə ehtiyaj duyursunuzmu?
2. Siz sizi başa düşə bilən, sizə həyan dura bilən dostlara ehtiyaj duyursunuzmu?
3. Siz özünüzü qayğısız insan hesab edirsinizmi?
4. Sizin niyyətinizdən və məqsədinizdən imtina etməniz çətin başa gəlirmi?
5. Siz bir iş görməzdən əvvəl onu götür  qoy edirsinizmi və hərəkət etməzdən əvvəl gözləməyi xoşlayırsınızmı?
6. Siz vədinizə əməl edirsinizmi və bunu səmərəsiz hallarda da etməyə hazırsınızmı?
7. Sizin əhval  ruhinizin pozulan və düzələn vaxtları çox tez hallardamı olur?
8. Siz daha sürətlə hərəkeət edir və danışırsınızmı?
9. Siz özünüzü bədbəxt hiss etmisinizmi və bu boşh bir səbəbdən baş veribmi?
10. Siz mübahisə edərkən istənilən variantloara əl atmağa qadirsinizmi?
11. Siz əks jins ilə tanış olmaq istikdə utanırsınızmı?
12. Siz əsəbləşən zaman özünüzdən temi çıxırsınız?
13. Siz vəziyyətin təsiri altında düşünülmədən hərəkət edirsinizmi?
14. Siz bəzən etdiyinizə və ya dediyinizə peqman olursunuzmu?
15. Siz insalra ilə görüşən zaman kitab oxumağa üstünlük verirsinizmi?
16. Sizin xətririnizə dəymək belə asandır?
17. Siz məjlisdə olmağı xoşlayırsınızmı?
18. Sizin başqaları ilə bölmək istəmədiyiniz sirrləriniz olurmu?
19. Siz bəzən ereci ilə dolu olduğunuz hallarda yorğunluq hiss edirsinizmi?
20. Siz tanışlıq dairənizi yaxın dostların jüzhi sayı ilə məhdudlaşdırmağa çalışırsınızmı?
21. Siz çoxmu xəyala djalırsınız?
22. Sizi danladjıqda buna eyni tərzdə javab verirsinizmi?
23. Siz vərdişinizi yaxşı hesab edirsinizmi?
24. Sizin təqsirli olmanız kimi hisslər te- - tezmi meydana çıxır?
25. Siz hissələrinizə sərbəstlik verərək şən məjlisdə deyib  gülməyə, əylənməyə qadirsinizmi?
26. Sizin həddən artıq əsəbi olmanız barədə nə demək olar?
27. Siz janlı və şən insanları xoşlayırsınızmı?
28. Siz işi başa çatdırdıqdan sonra ona xəyalən qayıdaraq onu daha yaxşı ijra etməyə qadir olduğunuzu, lakin bunu etmədiyinizi düşünürsünüzmü?
29. Böyük məjlisdə olduğunuz zaman özünüzü narahat hiss edirsinizmi?
30. Sizin şayəyi dinlədiyiniz vaxtlar olurmu?
31. Siz çox fikirləşjiyiniz üçün yuxunuzu itirdiyiniz vaxtlar olurmu?
32. Siz nə isə bilmək istədikdə bunu kitabda tapmağa və ya insanları sorğu  sual etməyə üstünlük verirsinizmi?
33. Sizin ürəyiniz güjlü döyünürmü?
34. Sizdən diqqət tələb edə niş sizin xoşunuza gəlirmi?
35. Sizdə titrəmə halları olurmu?
36. Siz əksər hallarda həhiqəti söyləyirsinizmi?
37. İnsanları bir � birinə zarafat ilə yanaşdığı məjlis sizə xoş təsir bağışlayırmı?
38. Siz həddən artıq qıjıqlısınızmı?
39. Sizdən sürətli fəaliyyət tələb edə niş sizin xoşunuza gəlirmi?
40. Müxətlfi dəhşətlər haqqında fkirlərin sizə rahatlıq vermədiyi doğrudurmu?
41. Sizin ləng olmanızı nə dərəjədə düzgündür?
42. Siz işə və ya görüşə tez  tezmi gecikirsiniz?
43. Sizi vahimə temi basır?
44. Siz çox danışmağı xoşladığınız üçün yeni həmsöhbəti diqqətinizdən yayındırırsınızmı?
45. Sizi ağrılar narahat edirmi?
46. Dostlarınızı uzun müddət görməmək sizin əhval  ruhiyyənizi pozmağa qadirdirmi?
47. Siz əsəbi insansınızmı?
48. Sizin tanışlarınız arasında sizin xoşunuza gəlməyən insanlar varmı?
49. Siz özünüzə əminsinizmi?
50. Sizin işinizin və nöqsanlarınızın tənqidi sizə pis təsir göstərirmi?
51. Kütlənin iştirak etdiyi tədbirdən həzz almaqda çətinlik çəkirsinizmi?
52. Sizin digərlərindən fərqləndirən hiss sizi narahat edirmi?
53. Siz darıxdırıjı məjlisdə şənlik yaratmağa qadirsinizmi?
54. Sizin öhdəsindən gələ bilmədiyniz və anlayışınız olmadığınız hallardan bəhs etdiyiniz hallar olurmu?
55. Sizi sağlamlığınız narahat edirmi?
56. Siz başqalarına sataşmağı xoşlayırsınızmı?
57. Siz yuxusuzluqdan əziyyət çəkirsinizmi?
Nətijələrin işlənməsi.
Ekstraversiya  1,3,8,10,13,17,22,25,27,39,44,46,49,53,56 sualların javabları bəli, 5,15,20,29,32,37,41,51 sualların javabları isə yox olduqda və
Balların ümumi məbləği 0  10 bərabər olduqda o zman siz intorvertsiz, yəni qapalı insansız.
Əgər 15  24 olduqda o zaman siz ekstravertsiz, yəni ünsiyyətjil olub xariji aləm ilə ünsiyyət qurmağı bajarırsınız.
Əgər 11  14 olursa o zaman siz ambiverstiz, yəni sizə lazım olan anda ünsiyyət qurursunuz.
Nevrotizm  2,4,7,9,11,14,16,19,21,23,26,28,31,33,35,38,40,43,45,47,50,52,55,57 suallarının javabları bəli olduqda
Əgər hə javabının sayı 0  10 təşkil edirsə o zaman siz emosianal baxımdan sabit.
Əgər hə javabının sayı 11 - 16 təşkil edirsə o zaman siz emosianal baxımdan həssas.
Əgər hə javabının sayı 17 - 22 təşkil edirsə o zaman sizin sinir sisteminiz pozğundur.
Əgər hə javabının sayı 23 - 23 təşkil edirsə o zaman sizdə patalogiya səpkili nevrotizm müşahidə olunur ki, bu da nevroza səbəb ola bilər.
Yalan  bu zaman 6,24,36 sulların javabı hə, 12,18,30,42,48,54 suallarının javabları isə yox olur.
Əgər toplanan balların sayı 0  olursa o zaman insanın danışdığı yalanın norması normal olub javablara inanmaq olar.
Əgər toplanan balların sayı 4 -5 olursa o zaman javablar şübhə doğurur.
Əgər toplanan balların sayı 6  9 olursa o zaman javablar düzgün deyil.
Əgər javablara etibar etməyə dəyərsə o zaman səh 179 qrafik qurulur.
Nevrotizm, melanxolik, xolerik, introvert, ekstravert, fleqmatik, sanqvinik, emosional sabitlik.
Sanqvinik  ekstravert; sabit şəxsiyyətdir, ünsiyyətjil olub xariji aləmə doğru yönəlmişdir, hərdən çox danışır, qayğısızdır, şəndir, liderdiliyi xoşlayır, çoxlu dostları var, həyatsevərdir.
Xolerik - ekstravert; qeyri sabit şəxsiyyətdir, küsəyəndir, qıjıqlıdır, özünü ələ ala bilmir, aqressivdir, impulsivdir, optimistdir, fəaldır, laki niş qabiliyyəti və əhval  ruhiyyəsi qeyri  sabitdir, dəyişəndir. Stres halında isteriko  psixopatik reaksiyalara meyllidir.
Fleqmatik - introvert; sabit şəxsiyyətdir, ləngdir, sakitdir, passivdir, ehtiyatlıdır, fkirlidir, sülhsevərdir, münasibətlərdə dözümlüdür, sağlamlığını və əhval  ruhiyyəsini pozmadan uzunmüddətli əzablara dözməyə qadirdir.
Melanxolik - introvert; qeyri  sabit şəxsiyyətdir, həyajanlıdır, pessimistdir, xariji görkəmjə özünü idarə etməyə qadirdir, ldakin daxilən həssas və emosionaldır, intelektualdır, düşünməyə qadirdir. Stres halında daxilən həyajanlanır, sarsıntı keçirir, fəaliyyətinin nətijələri daha da pisləşir.