понедельник, 24 февраля 2014 г.

Aile psixologiyasi→ Aildə azadliq


Ailde 5 esas azadliq

Günümüz mədəniyyət anlayışının çatdığı nöqtədə fərdlərin əsas hüquq və azadlıqları vardır.Bunlardan bəziləri,məsələn yaşama haqqı,fərdin özünün belə yox deyə bilməyəcəyi hüquqlardandır.Bu hüquq və azadlıqların zarafatı,cəmiyyətdə ən kiçik vahid olaraq qəbul edilən fərdin,insanlıq şərəfini qorumasıdır.
Bu nöqtədən hərəkətlə,fərdin başqa bir cəmiyyət vahidi olan ailə içində,bənzər şəkildə bir sıra azadlıqlara sahib olmasının lazımlığını söyləyə bilərik ki,ailə içində də fərdlər insanlıq şərəfini daşısınlar və insanlığın mənasını alçaltmasınlar.Bir ailədə qorunması lazım olan beş başlıca azadlığa gəldikdə bunları bu şəkildə sıralaya bilərik:

1.İndi və burada olanı eşitmə və görmə azadlığı
2.Öz düşündüyünü olduğu kimi ifadə edə bilmə azadlığı
3.Öz duyğularını olduğu kimi ifadə edə bilmə azadlığı
4.Öz arzularına görə bir şeyi istəmə ya da rəddetmə azadlığı
5.Olmaq istədiyi yöndə inkişaf edərək özü özünü təsdiqləmə azadlığı

Ailədə stress faktorları
Psixososial stress faktorları,uşaqlar da daxil olmaqla yaşayan hər canlıya təsir edir.Onsuzda stress faktorunun bir insana təsir etməməsi vəziyyətində söz mövzusu insanın,normal bir psixoloji yaradıcılığının olduğundan bəhs etmək çətin olar.Bu faktor hər fərddə az və ya çox dəyişik formalarda müşahidə olunur.Uşağın yetişməsində və həyata addım atmasında birinci,ən önəmli və yox deyilməyəcək pillə olan ailə ortamı da uşaqların psixososial inkişafına birbaşa təsir edər.Ailəyə təsir edən hər cür hadisənin uşaqda böyük və ya kiçik bir təsirini görmək mümkündür.Ailə mühitini,yaşayan bir orqanizm olaraq qəbul edə bilərik.Necə ki,insanın bir orqanı xəstə olduğunda bütün vücudu təsirlənər və funksiyasını itirərsə,eyni şəkildə üzvlərindən birindəki fiziki və ruhi problem ya da ona təsir edən stress faktoru da ailənin və ailə üzvlərinin işləməsinə,psixologiyasına və quruluşuna təsir edəcək.Bu təsirlənmənin sonunda ailə ilə birlikdə ailə içindəki hər fərddə yaxın və ya uzaq gələcəkdə bəzi təsirlənmə əlamətlərinin görülməsi qaçılmazdı.
Bunu qeyd etmək lazımdır ki,ailəni yaradan əsas ünsürlər olan ana və atanın uşaqlıq vaxtlarındakı vəziyyətləri,həyatları boyunca qarşılaşdıqları hadisələr,bu anki insanlıq strukturları,təhsil vəziyyətləri,ətrafın şərtlərindən təsirlənmələri,ictimai statusları kimi bir çox mövzu ailənin bugününə və gələcəyinə hər mövzuda təsir edəcəkdir.Yəni bir ana yada atanın balaca ikən başına gələn bir hadisə və ya öz ana-atasından davamlı olaraq gördüyü davranış tərzi,onun stress faktoruna verəcəyi reaksiyaya təsir edəcəyi kimi eyni zamanda uşağına tətbiq etdiyi təhsilə və ya göstərdiyi reaksiyalara da təsir edər.Bununla birlikdə bir ailənin bu anki vəziyyətini və stress faktoruna verdiyi cavabı tam olaraq dəyərləndirmək üçün onun keçmişindəki faktorları nəzərə almaq yerinə düşər.Sadə bir misal göstərək:Uşaq ikən qarşılaşdığı bir ölüm hadisəsində ana-atasının göstərdiyi reasksiya insanın bu an eyni hadisə qarşısındakı göstərəcəyi reaksiyanı böyük nisbətdə təyin edər.O insanın göstərəcəyi reaksiya da öz uşaqlarına təsir edəcəkdir.Bu misalları sonsuza qədər artıra bilərik.Ata-anaların həyatları boyunca qarşılaşdıqları hər hadisə,onların bu andakı vəziyyətə gəlmələrinə və şəxsiyyətlərinin formalaşmasına müsbət və ya mənfi təsir edər.Yenə bu anda uşaq olan hər fərdin ailə içində yaşadığı hər hadisə,özünə yaxşı yə ya pis yöndə təsir edəcək və yetgin bir fərd olduğu zaman da onun şəxsiyyətinə təsir edəcəkdir.
Nəticə olaraq stress faktorlarının,stresə ana-atanın verdiyi cavabın,stress faktorunun vaxtının,dəstək faktorlarının və stress nəticəsində ailənin aldığı mövqenin uşağın inkişafında qəti bir təsiri vardır.Bu uşaq,istərsə hələ ana bətnində olsun və ya 6 aylıq körpə olsun;heç fərqlənməz.
Stress faktorlarının qısa və uzun vədədə özünə bir çox təsiri olacaqdır.
Ana-ataya düşən vəzifə bu təsirin mənfilərini ən aza endirmək,hətta bu stress mühitində belə uşaq adına qazanmalar təmin etməkdir.
Indi də danışdığımız stress faktorlarını sıralayaq.Təbii ki,bu faktorların hər hansı bir ailə üzvünə və ya bütün ailəyə təsirini də gözdən qaçırmayaq:
-bir yaxının,ya da dostun ölümü
-köçmək
-ayrılıq
-boşanma
-köç
-iqtisadi çətinliklər
-fiziki xəstəliklər
-təbii fəlakətlər
-sosial-mədəni problemlər
-cinsi və ya fiziki istismar
-valideynlərin maddədən asılılığı
-uşağa lazımı qayğının və sevginin verilməməsi
-uşağın sağlığının qorunmaması
-uşaqda kı, zəka problemlərinə paralel olmayan həddindən artıq gözlənilən ailə istəkləri
-işsizlik
-yeni bir iş
-valideynlərin iş yerində dahada yüksəlməsi
-yeni bir körpənin olması
-cəmiyyətə təsir edən stress faktorları
-günaha batma və ya məhkum olma
-ikinci evlilik
-ana-atanın uşağı hədsiz qoruması
-uşağı hədsiz yoxlamaq
-oxuyub-yazan olmaması
-məktəbdəki şiddət
-məktəb problemləri
-təhsil sistemi ilə bağlı problemlər sayıla bilər.

Ailəyə təsir edən stress faktorları nəticəsində ana-atanın təsirlənməsi və bəzi psixoloji problemlərin formalaşması adidir.Əslində hər bir stress faktoruna qarşı fərqli bəzi əlamətlərin formalaşmasına baxmayaraq,ümumi olaraq ana-atada formalaşa biləcək əlamətləri də bu şəkildə sıralaya bilərik:
-ana-atada depressiya
-həyata qarşı istəksizlik
-şəxsiyyət baxımından aşağı enməsi
-iş motivasiyasının aşağı enməsi
-ailə qayğısının azalması
-yuxu və iştah dəyişiklikləri
-konsentrasiyanın enməsi
-tez hirslənmə
-dözümsüzlük
-uşaqların sevgi və duyğusal ehtiyacının ödənilməməsi
-yalnızlıq
-sosial mühitindəki uyğunsuzluqlar
-halsızlıq
-yorğunluq
-maddə asılılığına əyilmək
-ailəyə ayrılan vaxtın azalması

Ana-atada kı bu dəyişikliklərin şübhəsiz ailə quruluşuna,o ailədə yaşayan fərdlərə və əlbətdə ki uşaqlara çox önəmli təsiri olacaqdır.Uşaqlarda görülən əlamətləri də bu formada sıralaya bilərik:
-dərslərdən geri qalmaq
-dostluq münasibətlərinin pozulması
-sosial fəaliyyətlərə qarşı marağın olmaması
-özünə güvənin azalması
-dözümsüzlük
-tez əsəbləşmə
-çox tez yatmaq və ya yuxusuzluq
-iştahda artma və ya azalma
-hadisələri mənfi dəyərləndirmək
-təkliyə əyilmək
-qarşı gəlmək
-risqli davranışlar
-maddə asılılığına əyilmək
-hər şeydən sıxılmaq
-sevdiklərinin başına bir şey gələcək deyə qorxmaq
-içinə qapanma və səssiz qalmağı seçmək
-məktəbə getmək istəməmək
-danışmaq istəməmək
-səsə və hadisələrə qarşı hədsiz xəbərdarlıq
-hirsi çıxarmaq
-hədsiz hərəkətlilik

Uşaqlarda formalaşa biləcək psixiatrik vəziyyətləri isə bu şəkildə sıralaya bilərik:
-çöküntü
-travmadan sonra stress pozğunluğu
-altını islatmaq və kirlətmək
-kəkələmə
-danışmanın pozulması
-davranış dəyişiklikləri
-qayğının pozulması
-yuxu pozuntuları

Uşaqların ruhi sağlamlığını qorumaq üçün edilməsi lazım olanlar:
1.Uşaqlari mümkün olduqca stress faktorundan qorumağa
çalışmaq.

2.Ana və ata, bu vəziyyətdən təsirləndikdə vaxt itirmədən psixiatra
müraciət etmək.

3.Uşağa qarşı sevgi və dəstəyi artırmaq

4.Məktəb və müəllim ilə əlaqə yaradaraq uşağa qarşı qayğı və
dəstəyi artırmaq

5.Bu vaxt baş verə biləcək maddədən asılılıq kimi riskli daranışlara
qarşı uşağın davranışlarını izləmək.

6.Ana-ata,mümkün olduqca uşaqla yaxınlıq quraraq uşağın özünü
və duyğularını ifadə etməsinə zəmin yaratmaq.

7.Uşaqda bəzi davranış dəyiıiklikləri və yuxarıda sayılan əlamətlər
görülürsə vaxt keçirmədən lazımlı psixoloji dəstək almaq.

8.Uşaq sosial fəaliyyətlər yönündən mümkün
olduqcadəstəklənməlidi.

9.İstirahət etməyə və stress mühitinin təsirini azaldan fəaliyyətlərə
bütün ailənin qatılması təmin edilməlidir.

10.Uşaq motivasiyasını və əhval-ruhiyyəsini artıracaq insanlarla
tez-tez görüşməlidir.

11.Uzun müddətdə stresin təsirləri baxımından ayı olmaq.

12.Uşağa göstərilən xoş niyyətin sərhədlərini bu müddətdə artırmaq.

13.Uşağın hadisələr qarşısındakı duyğulu ifadələrinə dəyər vermək
və uşaq bəzi mövzularda doğruların çərçivəsində rahat
olmalıdır.

14.Həm ana həm də ata uşağa ayırdıqları vaxtı və verdikləri
dəstəyi artırmalıdır.

15.Öncədən təhmin edilə bilən stress faktorları üçün bəzi tədbirləri
alaraq uşaq mənfi hadisələrə ən başdan hazırlanmalıdır.

Комментариев нет:

Отправить комментарий