понедельник, 24 февраля 2014 г.

Tərbiyədə sözlərin rolu

Övlad Tərbiyəsində Sözlərin rolu...
Bir uşağın dünyaya gəldiyi andan etibarən daxili aləmi ilə əlaqə qurması sözlərin üzərinə düşür.Araşdırmalara görə ana bətnində olarkən uşaq danışılanları eşitdiyini və onu üçün vacib olub –olmadığını duya bilir.Hələki cismani olmayaraq kimsəni görməyən uşaq ana bətnində eşitdiyi səs nəticəsində anasını digər insanlardan fərqləndirə bilir.Bu baxımdan əgər uşağla ana arasında bətndaxili inkişaf zamanı düzgün ünsiyyət olmazsa və yaxud ana bu ünsiyyətdən qaçarsa həmin halda dünyaya gələcək övladda sevgi,mehribanlıq əvəzinə daha çox nifrət ,qəzəb və aqressiya əmələ gələcəkdir.Hər şeyin inkişaf və yetkinlik tərəfindən aparıldığını nəzərə alsaq öz dünyalarında onlarında seçim etmə haqqı vardır.Artıq Övlad dünyaya gəldikdən sonra onu atma,o zərərlidir,ona toxunmaq olmaz və.s. kimi sozlər çox deyilmiş olduğu halda artıq o sözlər əhəmiyyətini itirir.Əgər bir ana uşağın hər davranışında aman ,diqqət et,olmaz sözlərini işlədirsə bu uşaqda o sözlərə qarşı diqqətsizlik yaranır.Bir uşaq balkonun dəmirlərinə doğru hərəkət edirsə əlbəttə ana onun yanına həmən getməli və yaxud başa salmalıdır.Əgər uşaq çox yaxşı formada gəzirsə bu zaman ana daha çox diqqət et,özünə bax və.s.sözlərini işlədirsə bu vaxtda uşağın diqqəti anada olacaqdır.Bir Uşağın yaşı nə olursa olsun daxili tələbatları ətrafdakılardan yalnız Sevgi almaqdır.O zamanda Uşaqlarınıza səhvlərini deyərkən onu çox istədiyinizi sevginizi də deyin.Övladınızla hər zaman ortaq məxrəcə gəlmə istəyinizi bildirin.Unutmayın,hər zaman etdiyiniz hərəkətlərlə sözləriniz arasında əməl birliyiniz olsun .

Комментариев нет:

Отправить комментарий