воскресенье, 23 февраля 2014 г.

Davranış pozuntusu olan uşaqlarla müsbət əlaqə necə qurulmlalıdır?



Uşaqlarda görülən uyğunlaşma və davranış pozuntuları aşağıdakı kimi sıralana bilər

Fobiyalar və qorxular
Yemə pozuntuları və iştahsızlıq
Yuxu pozuntuları
Onanizm(öz özünü təmin etmə)
İçə qapalılıq
Oğurlama
Yalan danışma
Təcavüzkarlıq
Saç yolma
Lunatizm
Asılılıq
Həddindən artıq inadçılıq

Davranış pozuntusu olan uşaqlarla müsbət əlaqə necə qurulmlalıdır?

1-Qarşılıqlı hörmət: Danlamaq, qışqırmaq, vurmaq, susdurmaq, əsassız davranmaq uşağa hörmətsizliyin göstəricisidir. Hər ana-ata uşaqlarına hörmət göstərməyi öyrənməlidir. Hər uşaq ayrı bir fərd olaraq görülməli, fikirləri soruşulmalı və fikirlərinə hörmət göstərilməlidir.
2-Uşağa zaman ayırmaq: uşaqla maraqlanmaq,ona zaman ayırmaq lazımdır. Birlikdə uşağın xoşlanacağı fəaliyyətlər edilə bilər.
3-Cəsarətləndirmək:uşağın özünə güvənməsi üçün əvvəl ana-ata uşağa güvənməlidir. Uşağın cəhdini tərifləməli və ürəkləndirməlidir. Cəsarətləndirmə uşağın özünü dəyərli qəbul edə bilməsi üçün çox əhəmiyyətlidir. Cəsarətləndirmə zamanı uşağı olduğu kimi qəbul etmək, ona o olduğu üçün dəyər vermək lazımdır.
4-Sevgini izzah etmək: Uşağın özünü təhlükəsiz hiss edə bilməsi üçün, ən azından sevildiyini bilməsi və hiss etməsi lazımdır.

Комментариев нет:

Отправить комментарий