понедельник, 24 февраля 2014 г.

Hiperaktivlik və diqqət pozuntusu

DİQQƏT POZĞUNLUĞU VƏ HİPERAKTİVLİK VƏZİYYƏTİ NƏDİR ?

Hiperaktivlik və diqqet pozuntusu

Diqqət pozğunluğu və hiperaktivlik vəziiyyəti adindan da məlum olduğu kimi uşaqlarda əsasən anadan olduqdan sonra yaranan və xüsusilə 3-4 yaşlarından etibarən büruzə verən yaşıdlarına və inkişaf dövrü ilə müqayisədə həddən çox hərəkətlilik bir yerdə dayanmamaq xüsusiyəti ilə birlikdə diqqətin tez dağılması diqqəti uzun vaxt bir işdə izləyə bilməməsi ilə xarakterizə olunan vəziyyətdir. Əsasən həm diqqət pozğunluğu həm hərəkətlilik vəziyyətinin birlikdə sıx olmasina baxmayaraq bəzən hərəkətliliyin ön planda olduğu diqqət pozğunluğunun arxa planda olduğu və ya tam tərsi olaraq diqqət pozğunluğunun ön planda olduğu hərəkətliliyin arxa planda plduğu anlar olabilər. Eyni zamanda uşağa hiperaktiv deyəbilməyimiz üçün həm 7 yaşından əvvəl bəzi əlamətlərin olması həm də ən az 2 fərqli vəziyyətdə bu xüsusiyyətlərin görulməsi vacibdir. Yəni hər hərəkətli uşağa hiperaktiv deyə bilmək mümkün deyil. Ümumilə cəmiyyət aktiv uşaqların əksəriyyətinə bu cür bir münasibət bəsləyir. Ancaq düzgün diaqnoz bu halda müalicənin əsas hissəsini təşkil edir. Yanlış diaqnoz qoyulduğu halda uşaqlar başqa problemi ola-ola hiperaktivlik müalicəsi alır.

ƏLAMƏTLƏR HANSILARDIR ?

Ümumiyətlə bu uşaqlar diqqətini uzun vaxt mərkəzləşdirə bilmir başladıqları işləri sona çatdırmaqda çətinlik çəkir diqqətin vacib olduğu işlərdən qaçır əşyalarını tez-tez itirir gündəlik işlərdə unutqanlıqları vardır( bu unutqanlıq ağıl səbəbindən yox birbaşa xəstəliyin təbiətindən asılı olan diqqət pozğunluğundan qaynaqlanır) işlərini plansız və başdansovdu edir əsasən bir işdən basqasına çox tez adlayır qarşısındakına qulaq asırmış kimi görünür və tez-tez söhbətin mövzusunu dəyişir etdikləri işlərində diqqət baxımından səhvlər edir.
Əlavə olaraq aktivliklə bağlı bir yerdə durmamaq halı öz yaşıdlarına görə gözəçarpan fərqliliyi ilə davamlı hərəkət halındadılar mebelin üzərində gəzmə ev içində qaçma bir iş görəndə tez-tez ayağa qalxma gəzmə halindadılar sözü axıra çatdırmamış araya girirlər başqasının onun sözünü kəsməməyə can atır əllərində həmişə bir şeylə oynayırlar olacaq şeylərin fərqinə varmadan təhlükəli işlərə girir sakitlik istəyən insanlarla bir yerdə ola bilmir ətrafdakı insanlar tərəfindən tez-tez hərəkətlilik və cox nadinc olmaları barədə xəbərdarlıq alırlar. Bir uşağa hiperaktiv demək üçün bu əlamətlərin hamısının olması vacib deyil eksəriyyətinin olması kifayətdir.

BU VƏZİYYƏTİN NƏTİCƏLƏRİ NƏLƏR OLABİLƏR ?

Hiperaktiv uşaqların işgüzarlığı məlum olaraq pozulur qrup daxilindəki qaydalara riayət etməkdə çətinlik çəkirlər oyun qaydalarına bəzən uyğunlaşa bilmirlər bu uyğunlaşma səbəbindən müəllimdən tez-tez xəbərdarlıq alırlar. Dərsə fikrini cəmləyə bilmədikləri və diqqət pozğunluğu olduğu üçün çox zaman normal hətta normalın üzərində zəka sahibi olmaqlarına baxmayaraq dərslərdə uğursuzluq müşahidə olunur. Bu aktivlik halı yaxşı analiz edilməsə əlavə davranış problemləri yarana bilər. Müalicə edilməyən uşaqların bir qismində ana ata ilə dostları ilə müəllimləri ilə münasibətləri pozulur. Bu uşaqlar ətrafdan tez-tez xəbərdarlıq aldıqları və yaramaz tənbəl olaraq tanındıqları üçün özünəinamlarında çatışmazlıqlar yarana bilər.

BU HAL ƏN ÇOX HARALARDA GÖZƏ ÇARPAR ?

Hiperaktiv halı və diqqət pozğunluğu olan uşaqlar ana ata və yaxınları tərəfindən nəzərə çarpmadıqlarına görə əvəz olaraq ən çox qrup şəraitinə uyğunlaşmağa və diqqət tələb edən işləri sıx olaraq etmək məcburiyyətində qalırlar. Bu hal məktəb dövrü baş verdiyindən məlum olaraq gözə çarpır.

BU HALİN YARANMASINDA BAŞQA SƏBƏBLƏR VARMI ?

Diqqət pozğunluğu və hiperaktivlik vəziyyəti olan uşaqlarda digər psixiatrik hallar ola bilər. Bunlar arasında öyrənmə çətinlikləri davranış pozğunluğu narahatçılıq üzünə ağ olmaq xronik depressiya sayıla bilər. Əsas olan bu diaqnozun uşaq və yeniyetmə psixiatrı tərəfindən psixiatr müayinəsi ilə qurtarmasıdir.

BU HALİN MÜALİCƏSİ NECƏ EDİLİR ?

Müalicə barəsində əsas həmfikirlilik və ən yaxşı nəticə verən üsul dərmanla müalicədir. Mövcud dərmanlar ilə diqqət pozğunluğu və hiperaktivlik əlamətləri böyuk faiz etibarilə təsir altına almaq olur. Avropa və Amerikada uzun illerdeki istifadə olunan � RİTALİN � adlı dərman preparatı ölkəmizə təzə gəlib. Başqa dərmanları da göstərmək olar. Dərman preparatlarından istifadə zamanı pedaqoji yardım almağın da yararı var. Dərmanla müalicənin nə qədər olması klinik vəziyyətin və əlamətlərin davam etməsinə görə ayırd edilir. Ailələr ilk əvvəl dərmanla müalicəni qəbul etməsələrdə sonradan əldə edilmiş müsbət nəticələr onları müalicənin gedişindən razı salır. Əsas olan düzgün diaqnoz və müalicənin aparılmasıdır

Комментариев нет:

Отправить комментарий