понедельник, 24 февраля 2014 г.

Usaqlarda nizam-intizam


Usaqlarda nizam-intizam
gunahım nə?????
Nizam-intizam, uşağınızın öz sərhədlərinin harada başlayıb harada bitdiyini ona göstərməkdir. Bu uşağınız üçün bir ictimailəşmə müddətidir.Bağçada ya da məktəbdə yoldaşlarını vuran, yemək masasında qaydaları pozan , dayanmasını istədiyinizdə dayanmayan, oyuncaqlarını qıran, sizə bir çox mövzuda uyğunlaşmayan uşağınız üçün nizam-intizamı öyrətmək çox da çətin deyil.
Bir davranışı ya da qaydanı uşağınıza mənimsətmək və həyat boyu tətbiqini təmin etmək üçün əvvəlcə ona doğru bir model olmalısınız. Axşam yeməyində hansısa yemeyi yeməyən atanı görən uşağınızın yemək seçməsi gözlənilən bir nəticədir. Bu vəziyyətdə ona yemək qaydaları və qidalanma ilə əlaqədar lazımlı nizam-intizamı öyrədə bilməzsiniz. Qaydalar uşağınızın yaşına uyğun bir şəkildə və anlaya biləcəyi bir dildə izah edilməli, niyə bu qaydaların qoyulduğu, bu qaydalara əməl etdiyi zaman nələr qazanacağı və əməl etmədiyində nələr itirə biləcəyi ilə əlaqədar valideynlər tərəfindən uşağa uyğun bir dillə başa salınmalıdır. Bunun üçün bütün ailə üzvlərinin bir yerdə ola biləcəyi bir yığıncaq saatı və evdə uyğun bir yer təyin edin. Lazımlı şərhlər edildikdən sonra, uşağınıza güvəndiyinizi və bu davranışı edə biləcəyinə inandığınızı söyləməyi unutmayın. Qaydalara əməl etmədiyində uşağınızın qarşılaşa biləcəyi vəziyyətləri özünə ifadə edin və bu söylədiklərinizdə qərarlı olduğunuzu ona hiss etdirin. Hər nə olursa olsun bu qərarınızdan dönməyəcəyinizi ona göstərməlisiniz. Bəzən edilən söhbət sonrasında qarşılıqlı yazılı bir forma və imzalar uşaqlar üçün daha motivasiya edici ola bilər.
Gözlənilən davranış reallaşmadığında yəni qoymuş olduğunuz qaydalar tətbiq olunmadığında əvvəlcə sakit olun ( əsəbiləşməyin, qışqırmayın, tənqid etməyin ) və qərarlı ifadənizi davam etdirin. Başlanğıcda söyləmiş olduğunuz nəticələri tətbiq edin. Əgər uşağınız gözlənililən davranışı göstərdisə, əvvəlcə bundan çox xoşbəxt olduğunuzu ifadə etməyiniz "mənəvi mükafatlandırma" baxımından əhəmiyyətlidir.
Məsələn:
- - Bu davranışın məni çox xoşbəxt etdi.
- - Yeməyini bitirdiyin üçün çox xoşbəxt oldum.
- - Qonaqlığa getdiyimizdə yoldaşlarınla heç dalaşmadın, onlarla çox gözəl oyun oynadın bunu edə biləcəyinə inanırdım, afərin.
Uşaqlarınıza sıx olmamaq şərtilə maddi mükafatlar da təqdim edə bilərsiniz. Lakin istədiyimiz xüsusilə təbii ehtiyaclar (qidalanma, yuxu və.s) və ictimai qaydalarda daha az maddi mükafatlar təqdim edilməlidir, çünki uşağınızın bu davranışı yerinə yetirilməsi vacib olan bir davranış olaraq öyrənməsi lazımdır. Nəyisə əldə etmək üçün bir davranışı yerinə yetirmək anlayışı uşağınızın nizam-intizam təhsili və psixososyal inkişafı üçün çox da faydalı deyil. Bu səbəblə maddi mükafatlar təqdim edilərkən sıxlığına diqqət yetirilməsi vacibdir.
İntizam yaradılmağa çalışılarkən tətbiq olunan cəza çox əhəmiyyətlidir. Cəzalar uşağınızın psixologiyasına və onunla qurduğunuz əlaqəyə zərər verməyəcək xüsusiyyətdə olmalıdır. Cəzada məqsəd uşağa sehv davranış etdiyini anlatmaqdır. Verilən cəza çox uzun müddətli olmamalı və edilən davranışdan dərhal sonra tətbiq olunmalıdır. Müddətin uzun olması uşağınızın davranışı ilə cəza arasında əlaqə qurmasını maneə törədəcək və cəza məqsədinə çatmayacaq. Cəza məqsədinə uyğun olaraq verilməlidir. Məsələn; oyuncaqlarını yığmadığı üçün həftə sonu gediləcək bir gəzintidən tamamilə məhrum buraxılması uşağınızı çox kədərləndirəcək və sizdən uzaqlaşdıracaq bundan sonra qoyacağınız qaydalara uyğunlaşmamazlığını artıracaq
Öz sərhədlərini təyin edə bilən və öz ehtiyacları üçün edilməsi vacib olan davranışları qazana bilən bir uşaq irəlidə özünə güvənən, ictimai əlaqələri qüvvətli bir fərd olacaq. Bu səbəblə məktəbəqədər dövrlərdə bu davranışın

Комментариев нет:

Отправить комментарий