воскресенье, 23 февраля 2014 г.

Usaqlarda davraniş pozuntuları


Davranış pozuntuları uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını davranışlarına köçürməsi nəticəsində ortaya çıxır. Aqressivlik, təcavüzkarlıq, inadçıllıq, yalan, oğurlama, söyüş kimi davranışlar davranış pozuntularına daxildir.
Bir uşağın davranışının pozuntu sayıla bilməsi üçün bəzi meyarlar gərəkdir. Bu meyarlar:



1-Yaşa uyğunluq: Hər inkişaf dövrünün özünə xas davranışları vardır. Bu səbəblə uşağın içində olduğu inkişaf dövrünün xüsusiyyətlərini yaxşı bilmək lazımdır. Məsələn 2 yaş uşağı negativist,hareketlidir və istənilən şeyləri etməz. Freydin anal, Eriksonun avtonomluğa qarşı şübhə və utanc dövrünə rast gələn bu yaşlarda uşaq, avtonom bir fərd olduğunu öyrənər. Özü istəməyincə altının dəyişdirilməsini istəməz, öpülməyi rədd edər. 3-5 yaş uşağı diqqət çəkmək istəyir. Xəyal dünyası çox geniş olduğu üçün inanılmaz əhvalatlar izzah edə bilər. Hələ yalanla yalan olmayanı ayırt edə bilməzlər. Bu səbəblə bu yaşlardakı uşaqların izah etdikləri yalan olaraq qəbul edilməzkən, 11-14 yaşlarındakı uşaqlarda görülən yalan normaldan sapan bir davranış olaraq qəbul edilir.

2-Sıxlıq: Bir davranışın pozuntu olaraq qəbul edilməsindəki ikinci meyar sıxlıqdır. Hər 5 yaşlı uşaqda hirs və təbiiykən, bu davranış başqasına fiziki zərər vermə şəklinə çevrilərsə, davranış pozuntusu kateqoriyasına girər.

3-Davamiyyətlilik : Uşağın müəyyən bir davranış növünü uzun zaman davam etdirməsidir.

4-Cinsel rol gözləmələri: Oğlanlarda qızlara nisbətlə daha təcavüzkar olmaları gözlənilərkən, davranışları ilə oğlanlara bənzər təcavüzkar davranan qızların davranışları pozountu kateqoriyasına girər.


Комментариев нет:

Отправить комментарий